Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Amerika Birləşmiş Ştatlarının Mormon Kilsəsinin rəhbər heyəti, “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednarı, Mormon Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerardı, Stirlinq Fondunun prezidenti Mayls Hanseni və Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rounu qəbul edib.
BUTA.TV xəbər verir ki, görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə toxunularaq, bu tədbirin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Forumda müxtəlif ölkələrdən çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə dünyada göstərilən marağın nümunəsi kimi dəyərləndirildi.
Söhbət zamanı Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfə barədə danışıldı, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin vahid bir ailə kimi dinc və sülh şəraitində yaşadıqları məmnunluqla vurğulandı.
- Sensasion həbslər gözlənilir, gözlərinin yaşına baxmayacaqlar
- Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı
- Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi
- Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
- Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan
- Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər
- Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?