Azərbaycanla sərhəd Kirants kəndindən keşiş Baqratın başçılığı ilə başlayan yürüş bu gün İrəvana çatmalıdır.
BUTA.TV xəbər verir ki, yürüşün delimitasiyanın dayandırılması tələbə ilə İrəvanda böyük mitinqlə tamamlanması, mümkün olarsa, bunun genişlənməsi və Paşinyanın istefasına nail olmaq hədəflənir.
Məhz bu gün aydın olub ki, Ermənistanın 3-cü prezidenti, Xocalı qatili Serj Sərkisyan ölkədə deyil. Partiyasından verilən açıqlamada onun Almaniyaya “illik müayinə üçün” getdiyi bildirilib.
Erməni mediası isə məhz keşiş Baqratın rəhbərlik etdiyi aksiyada “qulaqlarının görünməməsi üçün” (ifadə erməni mediasına məxsusdur – red.) onun ölkədən qaçdığını yazır. Bu isə dolayısı ilə Baqratın yürüşünün artıq fiaskoya uğradığının təsdiqidir.
- Xəstəxananın damında “Əzrail” peyda oldu - Foto
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
- Uşaqlar üçün internetdə yeni dövr başlayır
- Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
- Poverbankla bağlı xəbərdarlıq: Bu hallarda təhlükəlidir - Video
- “Qarabağ” Bakıya məğlub qayıdır - Video-Yenilənib
- Ceyhun Bayramovla Zelenski bir arada - Video