Rusiya Suma KAB-la zərbə endirdi: ölənlər var
Rusiya hərbçiləri Ukraynanın Sum şəhərində çoxmərtəbəli yaşayış binasına KAB aviabombası ilə 6-7 zərbə endirib.
BUTA.TV xəbər verir ki, bu barədə Sum vilayəti hərbi administrasiyası məlumat yayıb.
Hücum nəticəsində 2 nəfər həlak olub, 7 nəfərin isə yaralandığı bildirilib.
Xilasedicilər dağıntılar altında qalan insanların tapılması istiqamətində axtarış aparır.