Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən üçmərtəbəli bina sökülür.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin bəziləri ərazidə yeni bina tikəcək şirkətlə razılığa gələ bilmədiklərini iddia ediblər. Sakinlərin sözlərinə görə, şirkət onları söküntüyə razılıq vermədiklərinə görə məhkəməyə verib. Tikinti korporativinin hüquqşünası isə bildirib ki, sakinlərin iddiaları əsassızdır:
“Digər sakinlərin hamısı razılaşaraq köçüblər. Sadəcə bir neçə ailə evləri üçün fantastik məbləğ tələb edir və mənzillərdən çıxmamaqla digər sakinlərin də hüquqlarını pozurlar”.
O da bildirilib ki, ilkin olaraq 130 sakinin köçürülməsi planlaşdırılır.
Qeyd edək ki, Bakının Nəsimi rayonu, Abbas Səhət 25 ünvanında da söküntü işləri aparılır.
Ətraflı süjetdə:
- Oskanyan dedi ki, Elmar, elə bilirsən biz ağılsızıq?
- Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan
- Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi
- Tariximizin Zəfər salnaməsi!
- Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
- Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan
- Türkiyə F-16-ları Azərbaycana göndərir
- Paşinyandan Azərbaycan açıqlaması: Bu tarixi hadisədir!