Yunanıstanın Andros adası yaxınlığında dalğıclar təxminən 2400 il əvvəl batmış ticarət gəmisini aşkarlayıblar.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, dənizin dibində gəminin böyük yükü də qorunub saxlanılıb. Arxeoloqlar burada təxminən 600–650 qədim amfora müəyyən ediblər.
Gəmi təxminən 40 metr dərinlikdə tapılıb. Tapıntılar arasında ən azı üç növ amfora var. Bu qablar qədim dövrdə şərab, yağ, taxıl və digər məhsulların daşınması üçün istifadə olunurdu. Arxeoloqlar həmçinin qurğuşundan hazırlanmış lövbərin bir hissəsini də aşkar ediblər.
Bir neçə qab artıq tədqiq olunmaq üçün suyun üzərinə çıxarılıb. Alimlər gəminin hansı yükü daşıdığını və haradan yola düşdüyünü müəyyən etməyə çalışırlar.
Mütəxəssislərin fikrincə, bu tapıntı iki min ildən çox əvvəl Aralıq dənizində mövcud olmuş ticarət marşrutları haqqında mühüm məlumatlar verə bilər.
- Rusiya ordusu daha 3 kəndi işğal etdi
- ABŞ enerji bazalarını manipulyasiya edir - Arakçı
- Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı: Kiyevə xəbərdarlıq...
- 2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə tapıldı
- İsrail dərindən düşünməlidir, Türkiyənin müharibə tərzi... - Kohen
- 1648-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Muğlada başlayan meşə yanğını Antalyaya keçdi
- Kozinoğlunun ölümü ilə bağlı iş yenidən açılır: FETÖ sui-qəsdi?