Əgər bütün siyasi məsələlər həll olunarsa, Azərbaycandan qaz almaq Ermənistan üçün sərfəlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı enerji eksperti Boris Martsinkeviç Ermənistanın Azərbaycandan qaz almasının mümkünlüyü haqda danışarkən deyib. Ekspert xatırladıb ki, Ermənistan bu gün elektrik enerjisi müqabilində İrandan qaz, eləcə də Gürcüstandan tranzitlə Rusiya qazı alır:
“Azərbaycandan qaz alarsa, onda Ermənistan üçün tranzit (Rusiya) və elektrik enerjisi ilə bağlı öhdəliklər (İran) olmayacaq”.
Buna baxmayaraq, ekspert təklif edib ki, Rusiya qazını tam əvəzləmək yox, rus qazı ilə birgə Azərbaycan qazı da almaq daha məqsədəuyğundur. Onun fikrincə, bu halda Azərbaycanın qazın qiymətini qaldırmaq və yaxud bundan siyasi məqsədlər üçün istifadə etmək imkanları məhdudlaşacaq.
- Hövsanın suyu kəsildi
- Bakıda güclü yanğın - Video
- Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...