1990-cı illərdə orta illik temperatur 14,4-14,5 dərəcə idisə, indi 14,9-15 dərəcəyə çatıb. Hava cərəyanları, vulkanik hadisələr orta illik temperaturun artımına səbəb olur.
Bunu BUTA.TV-a açıqlamasında iqlimşünas Məhərrəm Mehdiyev deyib.
“May ayında temperaturun belə soyuq olması halları əvvəllər də yaşanıb. Mayın əvvəlində isti, ortalarında soyuq olub, daha sonra istilər başlayıb. Bəzən isə mayın 1-də soyuqlar başlayıb, ortasında istilər. Fəsillərin arasında sərhədlər var. Məsələn, biz deyirdik ki, iyun, iyul, avqust mütləq yay aylarıdır, sentyabr, oktyabr, noyabr payız, dekabr, yanvar, fevral isə qışdır. İndi isə bu sərhədlər pozulub. Payızın nə zaman, qışın nə zaman başladığını bilmək olmur. Qış çox mülayimləşib və orta illik temperatur qalxıb. Yay bəzi vaxtlar sərin olur, bəzi vaxtlar isə hədsiz isti”, - Mehdiyev bildirib.
- Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var
- Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat
- Paşinyan Azərbaycanla sərhəddə
- Yevgeni Belousov Bakıdan Moskvaya uçdu
- Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı
- Bu, Zəfərin mühüm strateji mərhələsi idi
- Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video
- Qubadlının işğaldan azad olunmasından 5 il ötür