Mənim heç kimdən və heç nədən qorxacağım yoxdur. Siyavuş Novruzovdan isə ölçülərinə görə çəkinə bilərəm.
Bu sözləri BUTA.TV-a geniş müsahibəsində Ağ Partiyanın sədri Tural Abbaslı parlamentə seçiləcəyi təqdirdə emosional çıxışına görə Siyavuş Novruzovdan qorxub-qorxmadığı haqda danışarkən deyib.
“Siyasi sferada heç kimin yanında gözüm kölgəli deyil. Mənim, bizim bir prinsipimiz var: Döyülmək qorxaqlıq deyil, qaçmaq qorxaqlıqdır. Gənc olanda da qorxmamışam. Döyülmüşəm, amma qaçmamışam. Bu mənada fiziki gücüm də yaxşıdır. Zarafat bir yana, həyat yolumuza baxan görər ki, çəkiniləsi bütün yolları keçmişik. Bölmələr, həbslər… Burunlarından gəlməsin, gecə 12-də kimlərəsə imza yığmışıq, plakatı cırıblar deyə, məhlə adamıyla dava etmişik, camaat çıxıb bizi döyüb. Hamı da məni belə tanıyır. Heç məndən sakit çıxış da gözləmirlər, bilirlər ki, beləyəm. Axı bir şəhid ailəsinin dərdini necə sakit deyim? Hətta normal insanın ola biləcəyi dərəcədə emosionalam. Sadəcə öndə olduğuma görə daha çox diqqət çəkirəm”, - o bildirib.
- Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya
- Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay
- Həbs edilən icra başçıları şərik çıxdı
- AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?
- Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi
- İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya
- Ermənistan nümayəndələri Azərbaycana gedəcək - Qriqoryan
- Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu