May ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkmişlər. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu