Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satmaqda şübhəli bilinən bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, istintaqla Qusar bələdiyyəsinin sədri İbrahimov Əlfəddin Qeysəddin oğlunun vəzifə səlahiyyətlərini aşmaqla torpaq sahələrini qanunsuz olaraq satmasına, bilə-bilə qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əlfəddin İbrahimov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessaul rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə tam və hərtərəfli istintaq aparılmaqla təqsirli şəxslərin dəqiq dairəsinin müəyyən olunması, eləcə də ibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir.
- Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi
- Tariximizin Zəfər salnaməsi!
- Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
- Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan
- Türkiyə F-16-ları Azərbaycana göndərir
- Paşinyandan Azərbaycan açıqlaması: Bu tarixi hadisədir!
- Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o gedə bilir - Qənbər kimdir?
- Ermənilər gəlir - İrəvandan anons, Bakıda hazırlıq