Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd əl-Bluşini qəbul edib.
BUTA.TV xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin diplomatik missiyasının mətbuat xidməti bildirib.
“BƏƏ-nin Azərbaycandakı səfiri Zati-aliləri Məhamməd əl-Bluşi Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Zati-aliləri Elmar Məmmədov ilə görüşüb, iki ölkə arasında müxtəlif sektorlarda iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilib”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, Məhəmməd əl-Bluşi 2022-ci ilin aprelindən BƏƏ-nin Azərbaycandakı səfiridir.
- Su anbarında övladları ilə birgə batan polis şəhid övladı imiş
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı
- Ümumrespublika birinciliyinə yekun vuruldu - Video
- "Mersedes" beton maneəyə çırpıldı: 2 ölü, 1 yaralı
- Ağsu RQİİ-nin əməkdaşları təltif edildi
- Bakıda əməliyyat: saxlanılanlar var
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Bakıda baş verən partlayışın – Anbaan videosu