İran Prezidenti İbrahim Rəisinin mayın 19-da Ermənistanın Sünik (Zəngəzur) vilayətinə gəlməli olduğu, lakin son anda səfərini təxirə saldığı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Ani Badalyan deyib.
“Yüksək rütbəli məmurların Ermənistana təsdiqlənmiş səfərləri ilə bağlı rəsmi məlumat verilir”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün İran mediasında Rəisinin Qərbu Zəngəzur ərazisində yol açılışında iştirak etmək üçün Ermənistana səfərdən son anda imtina etdiyi haqda məlumat yayılmışdı.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik
- Anar Əsədlinin ev dustaqlığına buraxılması istənildi - Qərar