İran prezidentinin olduğu helikopterin qalıqları İran PUA-ları tərəfindən aşkar edilib, baxmayaraq ki, axtarış əməliyyatında Türkiyəyə məxsus PUA da iştirak edib.
BUTA.TV xəbər verir ki, bunu SEPAH-ın Aşura Qərargahının komandiri Əsgər Abbasquluzadə deyib.
“Türkiyə PUA-sı axtarış zamanı ərazidə qara ləkə aşkar etdi, lakin xilasedicilər hadisə yerinə çatanda helikopterin qalıqlarına rast gəlmədilər. Dağlıq ərazidə partul xidməti aparan bir neçə İran dronu nəticədə helikopterin qalıqlarını taparaq, fotolarını Böhranın İdarəolunması və Nəzarət Mərkəzinə göndərdi”, - general bildirib.
Abbasquluzadə axtarış əməliyyatına kömək etmək üçün pilotsuz təyyarə göndərən Türkiyəyə təşəkkür edib.
Qeyd edək ki, Türkiyə mətbuatı İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qalıqlarını öncə “Akınçı” PUA-sının aşkarladığı barədə məlumat yaymışdı.
Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?