Latviya Bakı ilə İrəvan arasında dayanıqlı sülhün əldə olunmasında maraqlıdır.
BUTA.TV xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.
“Beynəlxalq ictimaiyyətin nümayəndələri Qarabağa nə qədər çox getsə, orada baş verənlərlə bağlı məlumatlılıq bir o qədər çox olar”, - o vurğulayıb.
D.Mierinya həmçinin Ermənistanla sülh danışıqlarında əldə olunan irəliləyişlə bağlı Azərbaycanı təbrik edib:
“Dünən Qarabağda biz regionun necə sürətlə inkişaf etdiyini gördük. Yeni hava limanları, məktəblər, binalar gördük. Şuşada da olduq. Qarabağ sürətlə dirçəlir və inkişaf edir, biz bunu görməyə səmimi qəlbdən şadıq” .
- Zaur Mikayılov Füzulidə vətəndaşları qəbul etdi
- 3400 illik qızıl diademlər tapıldı - Foto
- ADY ilə qida sənayesi məhsullarının tranzit daşımaları 2 dəfə artıb
- "Sea Breeze"ə getmək istəyənlərə şad xəbər
- Sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başladı
- Qırıcılarımız havaya qaldırıldı - Foto
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar