2024–2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilir.
Bu barədə BUTA.TV-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Ərizə qəbulu 20 may – 13 iyun tarixlərini əhatə edəcək.
Valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.
İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim olunacaq. Şagirdlər imtahanda topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar.
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə keçiriləcək:
21 iyun – 7 və 8-ci siniflərə qəbul
22 iyun – 6-cı siniflərə qəbul
23 iyun – 5-ci siniflərə qəbul
Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçiriləcək lisey və gimnaziyaların siyahısı, eləcə də ətraflı məlumat üçün bu linkə daxil ola bilərsiniz.
- Zaur Mikayılov Füzulidə vətəndaşları qəbul etdi
- 3400 illik qızıl diademlər tapıldı - Foto
- ADY ilə qida sənayesi məhsullarının tranzit daşımaları 2 dəfə artıb
- "Sea Breeze"ə getmək istəyənlərə şad xəbər
- Sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başladı
- Qırıcılarımız havaya qaldırıldı - Foto
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar