İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı ABŞ-ın "Bell 212" helikopteri uçuş üçün yararsız olub.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu iddia ilə Almaniyanın "Bild" nəşrinin analitiki, özü də həvəskar pilot olan və kiçik təyyarələri idarə edən Yulian Repke çıxış edib.
O xatırladıb ki, "Bell 212" helikopterləri 1960-cı illərdə hazırlanıb. Yulian Repkenin sözlərinə görə, helikopter 1990-cı illərdə yenilənmiş olsa da, əlverişsiz hava şəraitində uçuş üçün yararsız olub.
"Əgər məlumatlar doğrudursa, Rəisi vizual uçuş qaydalarına açıq-aydın şəkildə uyğun gəlməyən hava şəraitində "Bell 212" ilə uçub. Bu, sadəcə olaraq intihardır. Helikopter çətin hava şəraitində uçuşlar üçün yararsız olub", - deyə Repke qeyd edib.
- Zaur Mikayılov Füzulidə vətəndaşları qəbul etdi
- 3400 illik qızıl diademlər tapıldı - Foto
- ADY ilə qida sənayesi məhsullarının tranzit daşımaları 2 dəfə artıb
- "Sea Breeze"ə getmək istəyənlərə şad xəbər
- Sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başladı
- Qırıcılarımız havaya qaldırıldı - Foto
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar