Azərbaycan cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
BUTA.TV xəbər verir ki, 73 kiloqramda mübarizə aparan idmançı finalda vaxtın bitməsinə 10 saniyə qalmış rəqibi Tatsuki İşiharanı (Yaponiya) ipponla məğlub edib.
Bu, Azərbaycan cüdo tarixində dünya çempionatında qazanılan ikinci qızıl mükafatdır. Bunadək Elxan Məmmədov 2013-cü ildə bu titula yiyələnib.
Bu gün tatamiyə çıxan digər Azərbaycan cüdoçuları - Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kiloqram) və Açelya Toprak (57 kiloqram) yarışı medalsız başa vurublar.
Qeyd edək ki, dünya çempionatı mayın 23-də başa çatacaq.
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar
- Sabah hava necə olacaq?
- Samir Şərifova vəzifə verildi
- Ramazan Nəbiyevə yüksək vəzifə verildi
- Nəriman Həsənzadənin vəziyyəti ağırdır
- Final təyinatı onu kövrəltdi - Video
- Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı