Cənubi Afrika İnkişaf Birliyi (SADC) quraqlığın təsirləri ilə mübarizə üçün 5,5 milyard dollar toplamaq çağırışı ilə çıxış edib.
BUTA.TV xəbər verir ki, bu barədə virtual sammitdən sonra X sosial şəbəkəsində dərc olunmuş bəyanatda deyilir.
“Sammitdə regiondakı iqlim və hava şəraiti və onların sosial-iqtisadi inkişafa, o cümlədən zəruri məhsulların qiymətlərinə təsiri ilə bağlı ən son məlumatlar nəzərdən keçirilib.
Sammitdə üzv ölkələri vəziyyətə nəzarəti davam etdirməyə, taxıl və tərəvəz tədarükünü təmin etmək üçün ərzaq istehsalçılarına əlverişli şərait yaratmağa çağırış edilib. Həmçinin, "El Nino" iqlim fenomeninin təsirinin quraqlıq və daşqınlara səbəb olduğu qeyd edilib.
Sammitdə SADC-yə üzv ölkələrinin "El Nino" çağırışlarına cavab vermək imkanlarını artırmaq məqsədilə ən azı 5,5 milyard dollar toplamaq üçün regional humanitar çağırışa başlanılıb", - deyə sənəddə bildirilir.
Ekspertlərin fikrincə, “El Nino” təbiət hadisəsinin nəticələri 61 milyon insanın həyatına mənfi təsir göstərib.
- Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur
- Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq
- Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı
- İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
- İki əzəli düşmən birləşir... – Telegraf
- Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq
- Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?
- İlham Əliyev Ərdoğana başsağlığı verdi