İtaliyada 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.
Episentri Neapolun qərbində yerləşən Kampi Fleqrey şəhəri olan zəlzələnin ocağı 3 kilometr dərinlikdə yerləşib. Daha sonra ardıcıl 3,5 və 2,3 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Zəlzələ əhali arasında təşvişə səbəb olub, yüzlərlə insan küçələrə axışıb. Bəzi evlərin divarlarında çat meydana gəlib. İnsan tələfatı barədə məlumat yoxdur. Hazırda yoxlamalar aparılır. Pozzuoli Bələdiyyəsi isə məktəblərin tətil edildiyini açıqlayıb.
Yeraltı təkan Neapol şəhərində də hiss olunub.
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar
- Sabah hava necə olacaq?
- Samir Şərifova vəzifə verildi
- Ramazan Nəbiyevə yüksək vəzifə verildi
- Nəriman Həsənzadənin vəziyyəti ağırdır
- Final təyinatı onu kövrəltdi - Video
- Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı