Polşa Prezidenti Andjey Duda Smolensk yaxınlığında təyyarə qəzasında həlak olan Polşa lideri Lex Kaçinskini İran Prezidenti İbrahim Rəisi ilə müqayisə edərək sərhədi keçib.
BUTA.TV xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk TVN24 telekanalına müsahibəsində deyib.
"Başqa ölkənin prezidenti fəlakətin qurbanı olub, ona görə də Polşa prezidentinin üzərinə müəyyən diplomatik öhdəliklər (başsağlığı vermək - red.) düşür. Mənə elə gəlir ki, prezident başsağlığı verərkən lazımsız yerə sərhədi keçib. Xüsusən də Lex Kaçinskini İran prezidenti ilə müqayisə edərək. Bilmirəm, bəlkə də istəmədən belə edib. Amma bu, qəbuledilməzdir. Ola bilsin ki, prezident emosional olub və ya tələsik davranıb", - D.Tusk vurğulayıb.
Qeyd edək ki, daha öncə Duda X hesabında İran prezidentinin helikopterinin qəzaya uğraması ilə bağlı başsağlığında yalnız bir neçə xalqın öz tarixində belə faciəli səhifələr olduğunu bildirib.
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar
- Sabah hava necə olacaq?
- Samir Şərifova vəzifə verildi
- Ramazan Nəbiyevə yüksək vəzifə verildi
- Nəriman Həsənzadənin vəziyyəti ağırdır
- Final təyinatı onu kövrəltdi - Video
- Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı