Bakıya savaş açan Kolerov ifşa oldu: bu cür pul alır - Video

12:08 - 21 May 2024 - GÜNDƏM

 Bakıya savaş açan Kolerov ifşa oldu: bu cür pul alır - Video

Rusiyada Azərbaycana qarşı informasiya təxribatı ilə məşğul olan Modest Kolerovun bu işləri pul qarşılığında gördüyünü əks etdirən görüntülər yayılıb.

BUTA.TV xəbər verir ki, görüntüləri Teleqram kanalları paylaşıb.

Video görüntülərdə rusiyalı jurnalist və politoloq bəzi şəxsləri nüfuzdan salmaq məqsədilə məqalələr yazmaq üçün böyük miqdarda pul aldığı əksini tapıb. Jurnalist Roman Qazenkonun da bu məsələdə vasitəçi rolu oynadığı bildirilir.

Sosial şəbəkələrdə onların arasında kafedə danışıqlar aparılması, həmçinin pul köçürməsini əks etdirən foto və videolar yayılıb. Şəbəkə istifadəçiləri bu görüntülərlə rüsvay olan Kolerovu sərt tənqid edib, onun cinayətə cəlb olunmasını istəyiblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol