13:29
İran Prezidenti Rəisini daşıyan helikopterin qəzaya uğradığı anın görüntüləri olduğu iddia edilən video yayılıb.
BUTA.TV xəbər verir ki, Teleqram kanallarında yayılan görüntülərdə İddia olunur ki, hadisə anının videosu ABŞ peykinin görüntülərinə əsaslanır.
Ancaq müqayisələr təsdiqləyir ki, hazırda yayılan qəza anı Rəisinin helikopteri ilə heç bir bağlılığı yoxdur. Belə ki, sözügedən video bir il öncə sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Qəzaya uğrayan helikopter ABŞ istehsalı olan “Bell-212”-dir.
- Nəriman Həsənzadənin vəziyyəti ağırdır
- Final təyinatı onu kövrəltdi - Video
- Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı
- NK-da əhalinin siyahıyaalınmasına dair iclas keçirilir
- “Euromoney” ABB-ni yenidən “İlin ən yaxşı bankı” seçdi!
- Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edildi
- Milli Depozit Mərkəzində yeni təyinat - Foto
- Zelenski Azərbaycanəsilli məmuru işdən çıxardı