Son bir ildə Bakı şəhərində orta aylıq əmək haqqının məbləğində 100 manata yaxın artım qeydə alınıb. Ötən ilin aprelin 1-də 1 152 manat olan orta maaş məbləği bu ilin aprelin 1-də 1 244 manata çatıb.
BUTA.TV Sfera.az-a istinadən xəbər verir ki, bir il ərzində paytaxtda muzdla çalışanların orta əmək haqqı 92 manat artıb.
Son bir ildə çalışanların sayında da ciddi artım qeydə alınıb. Bir il əvvəl paytaxtda 905 min muzdlu işçi olub. Amma bu il onların sayı 954,4 minə çatıb. Müqayisə edilən müddətdə işçi sayında 49,4 min artım baş verib.
Xatırladaq ki, Azərbaycanda orta əmək haqqı 985 manat təşkil edir. Orta maaş Bakıda 1244 manat olsa da, kənar regionlarda 675 manatdır.
- Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edildi
- Zelenski Azərbaycanəsilli məmuru işdən çıxardı
- Xankəndidə yanğın: üç tikiliyə ziyan dəydi
- Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Azərbaycan UEFA reytinqində ilk pillədə
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?