İran prezidentinin helikopterinin qəzaya uğramasının səbəbinin nə olduğu sualına dəqiq cavab verilməyə bilər.
BUTA.TV xəbər verir ki, bunu mayın 21-də erməni mediasına açıqlamasında politoloq Argişti Kiviryan deyib.
O, İranın ABŞ, İngiltərə, İsrail kimi bir çox düşməninin olduğunu qeyd edərək, iranlı general Qasım Süleymaninin amerikalılar tərəfindən öldürülməsini, həmçinin İranın Suriyadakı diplomatik missiyasına son hücumları xatırladıb. Bununla yanaşı, Kiviryan İranın aviasiya donanmasının köhnəldiyini də nəzərə almağa çağırıb.
“Ancaq İran ətrafında və ya ölkə daxilində, o cümlədən seçki sonrası etirazlar şəklində kəskin dəyişikliklər olarsa, bu, bir ipucu ola bilər. Önümüzdəki aylarda baş verəcək hadisələr suallara cavab verə bilər”, - deyə o vurğulayıb.
Ekspert əlavə edib ki, İran Prezidenti Rəisi İranın ali rəhbərinin varisi statusuna əsas namizədlərdən biri olub.
Kivirian İranın növbəti prezidentinin daha radikal və İslam İnqilabı Keşikçiləri Korpusu ilə daha sıx bağlı olacağını istisna etməyib.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?