Mayın 21-də Təbrizdə helikopter qəzası qurbanlarının vida mərasiminə gətirildikdən sonra itkin düşən şəxslərdən daha ikisinin kimliyi məlum olub.
BUTA.TV xəbər verir kİ, bu barədə yerli sosial media kanallarında məlumat yayılıb.
Bildirilib ki, 81 yaşlı Novruzəli Mütəzahir və onun həyat yoldaşı Tükəzban Mütəqəllib mərasimdən sonra yoxa çıxıblar.
Yaşlı cütlüyün yaxınları onların Təbrizin 50 kilometrliyindəki Xoca şəhərindən vida mərasiminə apardıqlarını deyiblər. Hökumətin yerli qurumlarının təşkilatçılığı ilə həmin şəhərdən 12 avtobusdan ibarət karvan Təbrizə aparılıb.
Yerli fəallar həmin şəxslərin mərasimlərdə iştirakı müqabilində hər birinə 5 kq-lıq bitki yağı, 5 kq düyü və 500 min tümən (9 dollar) verildiyini bildirirlər.
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi