Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Krokus Siti Holl”da baş vermiş terror aktı ilə birbaşa əlaqəsi var.
BUTA.TV xəbər verir ki, bunu Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov Bişkekdə MDB Dövlətlərinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının iclasında mövcud təhdidləri və tendensiyaları qiymətləndirərkən deyib.
“İstintaq davam edir, lakin artıq əminliklə demək olar ki, Ukrayna hərbi kəşfiyyatı bu hücumla birbaşa bağlıdır”, - o bildirib.
Bortnikovun sözlərinə görə, artıq terror aktı ilə bağlı 20-dən çox adam, o cümlədən cinayətkarlar və əlbirlər saxlanılıb.
FTX direktoru həmçinin terror aktının araşdırılmasında göstərdikləri köməyə görə MDB ölkələrinin kəşfiyyat xidmətlərindən olan həmkarlarına təşəkkür edib.
Qeyd edək ki, Bişkekdə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 54-cü iclası keçirilir.
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
- Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk
- Avqust ayının qeyri-iş günləri - Təqvim