Gürcüstan 1991-ci ildə dövlət müstəqilliyinin bərpasını elan etdiyi gündən ölkəni vəd edilmiş torpağa aparacaq Musanın yolu ilə gedir.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Gürcüstanın Müstəqillik Günü münasibətilə təşkil olunan mərasımdə çıxışı zamanı deyib.
"70 illik Sovet hakimiyyətinin sonunda, 1990-cı ildə Gürcüstanda çoxpartiyalı seçkilər keçirildi və 1991-ci ildə Gürcüstan dövlət müstəqilliyinin bərpasını elan etdi. O vaxtdan Gürcüstan bir növ Musanın yolu ilə gedir və bu, əminəm ki, bizi mütləq vəd edilmiş torpağa aparacaq. Gürcülər üçün vəd edilmiş torpaq 2030-cu ildə Gürcüstanın müstəqilliyinin bərpasının 40-cı ildönümünə qədər abxaz və osetin qardaş və bacıları ilə birlikdə vahid və güclü ölkədə yaşamaqdır”, - Kobaxidze bildirib.
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
- Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk
- Avqust ayının qeyri-iş günləri - Təqvim
- Odessada həlak olan gəmi kapitanının nəşi tapıldı
- Gəmi kapitanı Səmədin nəşi tapıldı
- Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - Video
- “Zirə” “Torpedo”ya qarşı - Canlı-Yenilənir