Güclü yağışlar Ermənistanın Tavuş vilayətində ciddi fəsadlar yaradıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan DİN açıqlama yayıb.
Bildirilib ki, Taşirdə çayın səviyyəsinin qalxması nəticəsində evləri su basıb, vətəndaşlar təxliyə olunub.
Alaverdi şəhərində yanacaqdoldurma məntəqələrindən birində kompressorlar su altında qalıb. İlkin məlumata görə, qısaqapanma nəticəsində partlayış baş verib. Evlərin birinci mərtəbələri, küçələr su altındadır.
Ayrımda körpünü sel aparıb, bir sıra yaşayış məntəqələri su altında qalıb.
Vanadzor, Stepanavan və Amrakits kəndində də evləri su basıb.
Sanain stansiyasını Alaverdi şəhəri ilə birləşdirən körpü tamamilə dağılıb.
Coraget kəndinin 70 sakini təhlükəsiz əraziyə təxliyə edilib.
Alaverdi icmasının Karkop qəsəbəsinə gedən yolda Debed çayı üzərindəki körpü dağılıb, qəsəbəni su basıb.
İrəvanın bəzi ərazilərində də ciddi fəsadlar var.
İlkin məlumatlara görə, təhlükəli ərazilərdən 232 nəfər təxliyə edilib.
DİN-in 30 briqadası hadisə yerində iş aparır, 324 xilasedici işlərə cəlb olunub.
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
- Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk
- Avqust ayının qeyri-iş günləri - Təqvim
- Odessada həlak olan gəmi kapitanının nəşi tapıldı
- Gəmi kapitanı Səmədin nəşi tapıldı
- Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - Video
- “Zirə” “Torpedo”ya qarşı - Canlı-Yenilənir