Lerikdə istirahət mərkəzlərinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib.
Bakı sakini 2010-cu il təvəllüdlü H.B ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.
- Birbank-la bütün suallara cavab almağın qısa yolu var
- Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır
- Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi
- AzerGold QSC vətəndaşlara xəbərdarlıq etdi - Foto
- Belə icra başçısı olar? Bu nə geyimdir? - Foto
- Ukraynada yeni Baş nazir o oldu
- Bakıda güclü külək nə vaxta qədər əsəcək?
- Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş