Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay və Özbəkistan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Alişerbek Payqamov ilə regional məsələləri müzakirə edib.
BUTA.TV xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Görüş Almatıda Türk Dövlətləri Təşkilatına (ATT) üzv olan Prezidentlərin Diplomatik Müşavirlərinin/Köməkçilərinin İkinci Toplantısı çərçivəsində baş tutub. Qeyd olunub ki, tərəflər ölkələr arasında qardaşlıq münasibətlərinin perspektivlərini və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.
“Türk dünyası bizim ailəmizdir!”, - Prezidentin köməkçisi qeyd edib.
- Azərbaycan o səhifəni tamamilə bağlayıb...
- Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb
- Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Minsk prosesinin bağlanması başa çatdırıldı
- Əli Kərimliyə neçə il cəza verilə bilər?
- Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat