Aviaşouda faciə: Təyyarələr havada toqquşdu - Video

22:36 - 2 İyun 2024 - GÜNDƏM

 Aviaşouda faciə: Təyyarələr havada toqquşdu - Video

Portuqaliyada 11 saylı aviabazada keçirilən “Beja AirShow” aviasiya festivalında hava nümayişi zamanı iki təyyarə toqquşub.

BUTA.TV-ın SAPO-ya istinadən məlumatına görə, Hərbi Hava Qüvvələri hadisənin yerli vaxtla saat 16:05-də baş verdiyini bildirib.

Nəticədə İspaniya vətəndaşı olan pilot dünyasını dəyişib. Olayda həmçinin bir nəfər də yaralanıb.

Bildirilib ki, ölən pilot “Warbird Yak 52”-lərdən istifadə edən YAKSTARS komandasının üzvü idi.

Qəzadan sonra nümayiş dərhal dayandırılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol