Qohum evliliyindən irsi və genetik xəstəliklə doğulan uşaqların sayı artır.
Mütəxəssislərin sözlərinə görə, belə evliliklərin əksəriyyəti rayon və kəndlərdə baş tutur.
Bildirilib ki, qohum olmayan evliliklərdə də bu hala rast gəlinir, lakin belə uşaqlar iki-dörd faizdirsə, qohumluq olanda bu göstərici dörd-səkkiz faizdən çox olur.
Millət vəkili Rəşad Mahmudovun sözlərinə görə, günümüzdə qohum evliliyindən yaranan fəsadlarla bağlı nə qədər danışılsa da qonşu ölkələrlə müqayisə də bu hallar ölkəmizdə daha çoxdur.
Əlavə olaraq, qohum evliliklərində əlil uşaqların doğulması riski yad şəxslərin evlilikləri ilə müqayisədə iki dəfə yüksəkdir.
Mütəxəssislər düşünürlər ki, qanunvericilik sərtləşdirilməli, baba və nənələri eyni olan şəxslərin nikahı qadağan edilməlidir.
BUTA.TV "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı süjeti təqdim edir:
- Azərbaycan o səhifəni tamamilə bağlayıb...
- Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb
- Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Minsk prosesinin bağlanması başa çatdırıldı
- Əli Kərimliyə neçə il cəza verilə bilər?
- Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat