Bağça müdiri olmaq istəyənlərin nəzərinə!

13:16 - 3 İyun 2024 - GÜNDƏM

 Bağça müdiri olmaq istəyənlərin nəzərinə!

Məktəbəqədər Təhsil Müəssisələrinin müdiri vəzifəsinə qəbul üçün müsahibə mərhələsinə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən BUTA.TV-a verilən məlumata görə, məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə qəbul üçün test imtahanı mərhələsindən uğurla keçmiş 177 nəfər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsi 3-6 iyun tarixlərində keçiriləcək. Müsahibələrin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu mərhələdə namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilir.

Qeyd edək ki, bağça müdirlərinin işə qəbulu prosesi mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilir, bütün namizədlərə bərabər imkanlar yaradılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol