Bakının bir sıra ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
“Böyükşor-Pirşağı” avtomobil yolunun inşası layihəsi çərçivəsində layihələndirilən avtomobil yolunun “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah” yüksək təzyiqli magistral qaz kəməri ilə kəsişməsində aparılacaq rekonstruksiya işləri səbəbindən qazın nəqlinin dayandırılması zəruriyyəti ilə əlaqədar sabah saat 9:00-dan işlər başa çatanadək “I Zabrat” QPS-dən qidalanan “Zabrat 1” və “SOCAR PETROLEUM” QSC-yə məxsus YDM ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
Həmçinin Suraxanı rayonu, “Qaraçuxur” QPS-də 2 ədəd siyirtmənin və 1 (bir) ədəd RDO tipli tənzimləyicinin quraşdırılması və Sabunçu rayonunun Ramana kəndini təbii qazla təmin edən qaz kəmərinin hava kompressor vasitəsi ilə kipliyə sınaq olunması məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Balaxanı, Zabrat, Bakıxanov qəsəbələrinin bir hissəsinin, Ramana kəndinin, Suraxanı rayonu üzrə isə Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi?
- Səfirimizin katibəsindən qeyri-qanuni uşağı var? - Foto
- Kelloq Umerovla görüşdü
- ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi
- Netanyahu açıq şəkildə elan etdi, işğal edəcək: Bəs, necə?
- Kirk simvola çevriləcək, qarşıdurma artacaq
- Bakı ilə İrəvan arasında müqavilə bitən kimi... - Fidan
- Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi