Baydenin qərarı hücumu dayandırmayacaq - Tramp

00:26 - 5 İyun 2024 - GÜNDƏM

 Baydenin qərarı hücumu dayandırmayacaq - Tramp

ABŞ Prezidenti Co Baydenin qəbul etdiyi yeni immiqrasiya tədbirləri, o cümlədən Meksikadan gələn qeyri-qanuni mühacirlərə sığınacaq verilməsinə müvəqqəti qadağa, miqrasiya böhranının həllinə kömək etməyəcək.

BUTA.TV xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

"Təxminən dörd illik uğursuz və zəif rəhbərlikdən sonra hiyləgər Co Bayden nəhayət sərhədlə bağlı nəsə etdiyi görüntüsünü yaradır. Əslində isə o, sadəcə bilir ki, üç həftədən sonra bizim debatımız olacaq.

Həqiqət ondan ibarətdir ki, Baydenin qərarı hücumu (miqrant axını) dayandırmayacaq və bu qərar zəifdir, sadəcə miqrant axınını gücləndirəcək. Milyonlarla insan sərhədi keçir və ölkəmizə gəlir”, - deyə Tramp bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol