Qurbanı iyunun 18-də də kəsmək olar? - QMİ

11:50 - 5 İyun 2024 - GÜNDƏM

 Qurbanı iyunun 18-də də kəsmək olar? - QMİ

Qurban bayramının iyunun 16 və 17-də keçirilməsi nəzərdə tutulsa da, insanlar qurbanlarını iyunun 18-də də kəsə bilər.

Bu sözləri BUTA.TV-a açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin əməkdaşı Samid Quliyev deyib.

“Qurban bayramı ölkəmizdə 16 və 17 iyunda qeyd edilir və bu iki gündə qurbanlar kəsilməlidir. Ancaq Həcc ziyarətində qurbanların kəsilməsi üç gün davam edir. O baxımdan rəsmi bayram günlərində qurban kəsməyə fürsəti olmayanlar 18 iyunda da kəsə bilər. Nəzərə alaq ki, Qurtuluş Günü də əlavə olduğu üçün bizdə bayram tətili 5 gün – 15 iyundan 19 iyuna qədər – davam edəcək”, - o vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol