Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Almaz oğlu Çıraqovun meyitinin qalıqları Şirvan şəhərinə gətirilib.
BUTA.TV xəbər verir ki, şəhidin nəşi Şirvan şəhərində ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilir. E.Çıraqov Şirvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, 1970-ci ildə Şirvan şəhərində doğulan Elman Almaz oğlu Çıraqov 1992-ci il avqustun 21-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.
- Magistraturaya qabiliyyət imtahanları ilə bağlı məlumat
- Sabah bu rayonda qaz olmayacaq
- Samuxdakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Trampı “tabuta qoydular” - Foto
- Birinci yarımildə əmək və sosial müdafiə sahəsində görülən işlər...
- Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
- Samuxda kütləvi zəhərlənmə...
- “Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı - Açıqlama-Fotolar