"Qarabağ"ın sabiq futbolçusunun komandası II Liqada

19:30 - 5 İyun 2024 - GÜNDƏM

AFFA Region Liqasından II Liqaya yüksələn növbəti komanda bəlli olub.

BUTA.TV xəbər verir ki, ikinci lisenziyaya Region Liqasını 2-ci pillədə başa vuran “Hypers” klubu sahib çıxıb.

Pley-off mərhələsinin cavab oyununda “Şəfa”nı 2:1 hesabı ilə məğlub edən kollektiv yeni mövsümdən II Liqada mübarizə aparacaq. Bu komandalar arasında ilk görüş də “Hypers”in qələbəsi ilə başa çatmışdı – 2:0.

"Hypers" klubunun baş məşqçisi Azərbaycanın tanınmış futbolçusu Vüqar Nadirovdur.

Qeyd edək ki, daha əvvəl “Şimal” komandası Region Liqasının qalibi kimi II Liqada oynamaq hüququ qazanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol