Putin Azərbaycanla münasibətləri şərh etdi

23:14 - 5 İyun 2024 - GÜNDƏM

 Putin Azərbaycanla münasibətləri şərh etdi

Azərbaycan və Rusiya öz münasibətlərini gündən-günə daha çox şaxələndirir.

BUTA.TV xəbər verir ki, bu fikri iyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə Azərtac-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən bildirib.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin 4,6 milyard dollar olduğunu vurğulayan Rusiya dövlətinin başçısı deyib:

“İnkişaf tempi çox yaxşıdır. Münasibətlərimizi getdikcə daha çox şaxələndiririk. Əminəm ki, hər iki tərəfdən belə əhvali-ruhiyyə saxlanılsa, - Rusiyada biz bu əhvali-ruhiyyədəyik, - nəticələr yaxşı olacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol