İrəvanla açıq qalan iki məsələ… - Prezident elan etdi

21:10 - 6 İyun 2024 - SİYASƏT

 İrəvanla açıq qalan iki məsələ… - Prezident elan etdi

Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Ermənistanla açıq qalan iki əsas məsələni xatırladıb. Birinci məsələ Azərbaycana ərazi iddiasını ehtiva edən Ermənistan Konstitusiyasıdır, ikinci məsələ ATƏT-in Minsk Qrupunu de-yure mövcudluğunun davam etdirilməsidir.

BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibliyi barədə Baş nazir Nikol Paşinyanın mövqeyi bəllidir, o da hesab edir ki, əsas qanunda qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər olmamalıdır:

“Ancaq Nikol Paşinyanın Minsk Qrupunun ləğvi ilə bağlı mövqeyi bəlli deyil. İlham Əliyev Nikol Paşinyana iki dövlətin Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətini təklif edib. “Biz Minsk Qrupunun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik” deyən İlham Əliyev Ermənistanın Minsk qrupunun saxlanmasına üstünlük verməsini qonşu dövlətin Azərbaycana qarşı ərazi iddialarının davamı kimi qiymətləndirib.

Bu xəbər hal-hazırda çox oxunur
Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıbsa, Minsk Qrupundan imtinası ona problem yaratmayacaq, radikal müxalifətin bir az çığırıb-bağırması heç nəyi dəyişməyəcək. Digər tərəfdən Rusiya, ABŞ, hətta Fransanın “Minsk Qrupu fəaliyyətini davam etdirməlidir” iddiası yoxdur. Bu amil də Paşinyanın Minsk Qrupunu ləğvi ilə bağlı qərar verməsini asanlaşdırır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol