Rusiya Prezidenti Vladimir Putin etibarlı yerli təyyarələrdən istifadə edir.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov İran Prezidenti İbrahim Rəisinin helikopter və Malavi vitse-prezidenti Saulos Çilimanın təyyarə qəzasında həlak olmasından sonra Rusiya lideri Putinin hava nəqliyyatı ilə bağlı ehtiyat tədbiri görüb-görmədiyi barədə sualı cavablandırarkən deyib.
“Rusiya prezidenti yerli təyyarələrdən istifadə edir, bunlar da çox etibarlı təyyarələrdir. Həmin təyyarə və helikopterlərə xüsusi texniki qulluq göstərilir. Ölkəmizdə istənilən avadanlığa lazımi səviyyədə xidmət var. Bununla bağlı çox ciddi standartlar mövcuddur, təbii ki, bunlara dəqiq əməl olunur”, - o bildirib.
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi