Nikol elan etdi: KTMT-dən çıxacaq – Rusiyanın cavabı?

23:26 - 12 İyun 2024 - SİYASƏT

 Nikol elan etdi: KTMT-dən çıxacaq – Rusiyanın cavabı?

Paşinyan KTMT-dən çıxacaqlarını rəsmən elan etdi. Ermənistan təşkilatda fəaliyyətini məhdudlaşdırsa da, indiyə qədər çıxmaqla bağlı yüksək səviyyədə mövqe açıqlamamışdı. Və rəsmi İrəvanın KTMT ilə bağlı sərgilədiyi mövqe daha çox Azərbaycan qarşısında təşkilatın dəstəyini qazanmaq, Rusiyanın mövqeyinə təsir etmək və Qərb qarşısında qiymətini artırmağa bənzəyirdi. Hərçənd, Paşinyanın açıqlamasından sonra özünün də dediyi kimi “geridönüşün olmayacağı” görünür.

Erməni baş nazir bu açıqlamanı parlamentdə müxalifətin ittihamlı suallarını cavablandırarkən verib, lakin Obrayenin səfəri və ABŞ-Ermənistan strateji dialoqunun keçirilməsindən sonra verilən bu bəyanatın arxasında Vaşinqtonun da istəklərinin olduğu ehtimalı ön plana çıxır. İstisna deyil ki, ABŞ Ermənistandan verəcəyi dəstək qarşılığında KTMT-dən ayrılmağı yekunlaşdırmasını istəyib.

Ermənistanın KTMT-dən çıxması Rusiyanın bu ölkədəki hərbi mövqelərinin də zəifləməsini sürətləndirəcək. Moskvanın bu reallıqla barışacağı sual altındadır, lakin Rusiyanın hazırda Ermənistana hərbi və siyasi təsir imkanları o qədər də effektiv deyil. Bundan fərqli olaraq, iqtisadi rıçaqların işə salınması Ermənistan üzərində təsiredici faktor ola bilər. Misal üçün, təkcə erməni yük maşınlarının önünün kəsilməsi Ermənistan iqtisadiyyatı üçün ciddi itkilərə səbəb olur. Bu baxımdan, Rusiyanın iqtisadi rıçaqlaran istifadə edəcəyi mümkün variantlardandır, lakin bu, Moskvanı dilemma qarşısında qoyur. Çünki iqtisadi rıçaqlardan istifadə erməni əhalisinin zərər çəkməsi ilə nəticələnir və bu, Rusiyanın erməni ictimaiyyətinin dəstəyini qazanmaq siyasətinə ziddir, o cümlədən, Ermənistan hakimiyyətinin ictimai rəydə antirusiya siyasətini əsaslandırmaq imkanlarını artıra bilər.

Moskvanın Gümrüdəki bazasına təhlükə yaranmadığı müddətdə İrəvanla ehtiyatlı mövqeyini davam etdirəcəyi, buna paralel olaraq, bölgədəki mövqelərini qorumaq üçün Azərbaycanla daha çox işləmək siyasətini izləyəcəyi görünür.

Bu xəbər hal-hazırda çox oxunur
Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol