Gədəbəydə 26 yaşlı gəncə qarşı alçaldıcı hərəkətlər edilməsinin detalları məlum olub.
BUTA.TV Baku TV-yə istinadən xəbər verir ki, Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təkin Əliyev və Cəbrayıl Hüseynovla birləşərək həmkəndliləri Nicat Kazımovu döyüblər.
Zərərçəkənin atası Vidadi Kazımov bildirib ki, ona zəng edərək oğlunu döydüklərini və boğazında kəndir izinin olduğunu bildiriblər:
"Onu yazdığı mesaja görə döyüblər".
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
İddialara görə, hadisəyə səbəb isə Nicat Kazımovun Səddam Əliyevin həyat yoldaşına söz göndərməsi olub. Belə ki, hətta Nicat Kazimov onun həyat yoldaşına sevgi mesajı yazıb. Bundan sonra həmkəndlilər onu cəzalandırmaq qərarına gəliblər.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən Səddam Əliyev, Təkin Əliyev və Cəbrayıl Hüseynov saxlanılıblar. Onların barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Ətraflı süjetdə:
- Marseldə atışma: ölən və yaralananlar var
- “Turan Tovuz” uduzdu, Berdiyevin istefasını tələb etdilər - Video
- Gürcüstanın bu zavodu rus neftindən tamamən imtina etdi
- Ermənilərdən daha çox erməni ola bilmərik - Peskov
- Suriyada tayfalar arasında silahlı qarşıdurma: ölənlər var
- Şimali Kiprdə gəminin batması ilə bağlı 8 nəfər saxlanıldı
- Türkiyədə sahilə pilotsuz kater çıxdı
- Onların nefti ilə strateji ehtiyatımızı artıracağıq - Tramp