İsrail dərindən düşünməlidir, Türkiyənin müharibə tərzi... - Kohen

17:03 - 29 Avqust 2026 - GÜNDƏM

 İsrail dərindən düşünməlidir, Türkiyənin müharibə tərzi... - Kohen

İsrail ordusu Türkiyə Silahlı Qüvvələrini zəif görməməlidir. Çünki Türkiyə ordusu yüksək standartlara malikdir.

BUTA.TV xəbər verir ki, bunu israilli hərbi ekspert Eytan Hay Kohen “Yerusəlim Post”a açıqlamasında deyib.

Ekspert Türkiyənin Suriyadakı mövqeyinə də toxunub:

“Türklər Suriyaya qayıdıblar. ABŞ müdaxilə etməsə, onlar bölgədə irəliləməyə davam edəcəklər. İsrail Türkiyənin bölgədəki hərbi imkanlarını diqqətlə dəyərləndirməlidir”.

Bu xəbər hal-hazırda çox oxunur
Xamenei müraciət yaydı: Pezeşkian dərhal sonra...

Ekspert eyni zamanda vurğulayıb ki, Türkiyə ordusunun müharibə üsulları bölgədəki digər ölkələrin döyüş üsullarından fərqlənir:

“Türkiyənin müharibə tərzi hansısa dağılmış ərəb ölkəsinin deyil, birbaşa NATO-nun müharibə doktrinasıdır. Biz çox yüksək standartlardan danışırıq və bu barədə dərindən düşünməliyik”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol