Azərbaycan vergidən yayınmada təqsirləndirilərək 2015-ci ildə barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışda olan şəxsi Avstriyaya təhvil verib.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxs Türkiyə vətəndaşı, 1975-ci il təvəllüdlü Özbək Qüdrət Abdullətifdir. O, 2023-cü ilin dekabr ayında Azərbaycanda müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Şəxsin verilməsinə dair Avstriya Respublikasının Federal Ədliyyə Nazirliyinin vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Avstriyanın səlahiyyətli orqanlarına təhvil verilib", - deyə məlumatda qeyd edilib.
- Dünyanın ən yaxşı 10 qapıçısı - Siyahı
- İsrailin keçmiş baş naziri Livana quru hücumuna qarşı çıxdı
- İran Nəsrullaha görə 5 günlük matəm elan etdi
- Ərdoğandan Livana hücumla bağlı açıqlama
- Dağıstandakı güclü yanğın söndürüldü
- 50 mindən çox Livan sakini bu ölkəyə qaçdı
- Rusiyadan Hizbullah liderinin öldürülməsinə münasibət
- Onun bu fikirləri əsassızdır - Rəsmi Bakı