Son dövrlər nəqliyyatda elektomobil və hibrid avtomobillərdən istifadəyə təşviq istiqamətində bir çox addımlar atılır. Başda taksi sektoru olmaqla, bir çox avtomobillərin tədricən "Avro-5" standartlarına cavab verən maşınlarla əvəz edilməsi prosesi artıq başlayıb. Lakin vətəndaşlar arasında elektromobil avtomobillərin yanacaqdoldurma məntəqələri və ehtiyat hissələrinin az olması bu növ nəqliyyat vasitələrinə qarşı tələbata mənfi təsir edir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, elektromobil və hibrid avtomobillərin elektron hissələri mütəmadi sıradan çıxdığından bu növ detalların tapılması olduqca çətindir:
"Elektromobil və hibrid avtomobillərin enerjidoldurma məntəqələrinin çatışmazlığı ilə paralel, servis çatışmazlığı da özünü göstərir. Bu günki gündə servis azlığı əsas problemlərdən biridir. Çünki çatışmazlığın səbəblərindən biri də ölkəyə gətirilən və gətiriləcək ehtiyat hissələrinin müəyyən dərəcədə güzəştli və ya digər imtiyazlarla olmamasıdır. Düzdü, dövlət bu istiqamətdə müəyyən addımlar atır, qabaqlayıcı tədbirlər görür. Elektromobillərin idxalında müəyyən güzəştlər var. Amma bu növ maşınların ehtiyat hissələrinin təmin olunması da önəmli nüanslardan biridir. Biz nəzərə alsaq ki, bu maşınlar həssas avtomobillər qrupuna daxildir, yəni adətən elektron hissələrində sıradan çıxmalar tez-tez ola bilər. Bu kimi halların aradan qaldırılması üçün mütləqdir ki, ehtiyat hissələri təmin olunsun".
Ekspert enerjidoldurma məntəqələri ilə bağlı çatışmazlığın aradan qaldırılmasına artıq başlandığını qeyd edib:
İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
"Yanacaqdoldurma məntəqələrinə gəldikdə isə, bununla bağlı bildiyiniz kimi, ölkə başçısı tərəfindən müvafiq sərəncam imzalanıb. Bunun üçün "Azərenerji" və digər qurumlara müəyyən tapşırıqlar verildi. Bu istiqamətdə onlar enerji doldurma məntəqələri üçün ərazilərin ayrılması və tikilməsi üçün addımlar atılacaq. Bütün bunların tam hazır olması üçün müəyyən zaman lazımdır. Lakin vaxt azdır. Hazırda dünya inkişaf edir və dünya nəqliyyatda demək olar ki, elektron və hibrid sistemə keçib".
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?