Xəbər veridiyimiz kimi, “Baku TV”nin redaktoru, ANS-in keçmiş əməkdaşı Sərxan Kamallı ötən gecə dünyasını dəyişib. Mərhumun beyindaxili qansızma nəticəsində vəfat etdiyi bildirilir.
BUTA.TV xəbər verir ki, Sərxan Kamallının qəfil ölümü ilə diqqəti onun əvvəlki iş yerinə – Azərbaycanın ilk müstəqil televiziyası olan ANS-ə yönəldib.
Qeyd edək ki, bununla ötən bir il ərzində dünyasını dəyişmiş ANS-çilərin sayı 3-ə çatdı.
Xatırladaq ki, son bir ildə ANS-də “yarpaq tökümü” tanınmış televiziya aparıcısı Natavan Babayeva ilə başlayıb. Ulduzu ANS-də parlayan Natavan Babayeva, ötən il iyulunda, 46 yaşında dünyasını dəyişib. Onun sonuncu iş yeri Azərbaycan Dövlət Televiziyası olub.
Ötən bir ildə dünyasını dəyişən keçmiş ANS-çilərin arasında mərhum millət vəkili Qənirə Paşayeva da var. O, 28 sentyabr 2023-cü ildə, 48 yaşında vəfat edib. Qənirə Paşayeva 1998-2005-ci illərdə ANS-də müxbir, redaktor, aparıcı redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb.
Sərxan Kamallı Azərbaycan jurnalistikasının son bir ildə itirdiyi üçüncü ANS-çidir. Onun jurnalist kimi püxtələşdiyi dövr, ANS-in populyar olduğu illərə təsadüf edir.
Mərhumun sonuncu iş yeri “Baku TV” olub.
Qeyd edək ki, hər üç jurnalist 50 yaşını tamamlamadan həyatla vidalaşıb.
Allah rəhmət eləsin!
- Türkləri hədəf alırlar, amma Türkiyə onlara görə Bakıya qarşı…
- Bakı Limanı ilə Quandun limanları arasında əməkdaşlıq müzakirəsi
- Nikol və Anna Zəngəzurda: Sisiyana helikopterlə uçdular - Video
- Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…
- MİQRASİYA XİDMƏTİ DƏ SAHİBKAR “OVU”NA ÇIXIB – Bu “tələyə” düşən sahibkarlar kütləvi şəkildə cərimələnir
- Onunla görüşməyi özümə yaraşdırmıram - Şeyx
- Mask Medvedyevin zarafatına belə reaksiya verdi
- Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq