Moskva Bakıya hansı sürprizlər hazırlayıb?

05:13 - 20 İyun 2024 - SİYASƏT

 Moskva Bakıya hansı sürprizlər hazırlayıb?

Keşiş Baqrat Qalstanyanın arxasındakı əsas gücün Rusiya olduğu deyilir. Bu iddia etirazların ilk günündən ortadadır. Qalstanyanın Rusiyaya bağlı müxalif siyasilərlə görüşü bu iddianı daha da gücləndirmiş oldu. 

Belə çıxır, Rusiya Ermənistanda Baqratı fəallaşdırır. Məsələ budur ki, Moskva başqa bir Cənubi Qafqaz ölkəsi olan Gürcüstanda da fəaldır. Orda da özünün ssenarisini həyata keçirir.

Son günlər bu mövzuda müzakirələrdə bəzi politoloqlar Kremlin Azərbaycanla bağlı müəyyən planının ola biləcəyini vurğulayırlar. Bunun ilk əlaməti kimi Xankəndidə konsulluq açmaq istəyi göstərilir.

Bu xəbər hal-hazırda çox oxunur
Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

Baxmayaraq ki, Rusiya 2020-ci ildən başlayaraq ölkəmizlə bağlı təmkinli davranış sərgiləyir. İki ay öncə sülhməramlı kontingent Azərbaycandan çıxarıldı. Prezidentlər səviyyəsində münasibətlər çox yaxşıdır. Amma ictimaiyyət hələ də Rusiyanın səmimiliyinə inanmır.

Bəs o zaman narahatlığa əsas varmı? Putinin Azərbaycanla bağlı gerçəkdən bəd niyyəti, qorxulu planı mövcuddur? Rusiya hansı səbəbdən 300 illik Azərbaycan siyasətində kardinal dəyişiklik edib? 

Ukraynada müharibə aparan Rusiya Güney Qafqazda müharibənin dayanmasında həlledici rol oynadı. Bunu bu cür arxayın deyə bilərikmi? Yoxsa Moskvanın yeni sürprizləri ilə üzləşə bilərik? 

Mövzu ilə bağlı Globlinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Gürcüstanda Qərbin ssenarisi gedir: 

“Gürcüstanda etirazlar, aksiyalar keçirilir, suveren qərar qəbul etmək hüququnu əlindən almaq istəyirlər. Onun Rusiya yolunu davam etdirdiyini qeyd edirlər. Bu yanlış yanaşmadır. Hislər deyil, açıq fikirlər irəli sürülməlidir. Qərb Gürcüstanda imperialist maraqlarını həyata keçirir. Oranı arxa bağçaya çevirmək istəyir. Gürcüstan hakimiyyəti də buna haqlı olaraq müqavimət göstərir.

Ermənistanda Rusiya imperializmi mövcuddur. Baqratı Rusiya ilə yanaşı xaricdə yaşayan erməni diasporu, kilsə dəstəkləyir”.

Politoloq Rusiyanın Azərbaycana bir sürpriz hazırladığını düşünmür: 

“Azərbaycana qarşı planı Qərb hazırlaya bilər. Hazırda münasibətlər ən pis müstəvidədir. İkinci Qarabağ müharibəsində Qərb Ermənistanı dəstəklədi, onun tərəfində durdu. Azərbaycanı sanksiyalarla qorxutmağa başladılar.

Rusiya isə Ukraynada çox çətin vəziyyətə düşüb. Onun islam dünyasının ittifaqına ehtiyacı var. Prosesi real vəziyyətə uyğun dəyərləndirmək lazımdır. Bir sözlə, Rusiya bu gün ehtiyac duyduğu Azərbaycana qarşı sərt plan tətbiq edə bilməz”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol