Ermənistanın bir nömrəli vəzifəsi qonşuları ilə münasibətləri normallaşdırmaq, iqtisadi inkişafla, sosial siyasətlə məşğul olmaq, uzun müddətdir qonşulara qarşı irəli sürdüyü ərazi iddialarından əl çəkməkdir. Bu, ən vacibidir.
BUTA.TV xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı politoloq Aleksandr Razuvayev deyib.
“Paşinyanın Ermənistanın bütün əvvəlki liderlərinə qarşı “kozırı” var - o, ölkəni dirçəlda bilər. Onun uğur qazanacağı ehtimalı da var. Amma şərt Azərbaycan və Türkiyə ilə konstruktiv qarşılıqlı fəaliyyətdə sülhdür. Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı gələcək proseslə əlaqədar referendumun keçirilməsini mümkün sayıb. Xalqla məsləhətləşir. Mümkündür ki, növbəti addım konstitusiyanın dəyişdirilməsi, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının Ana qanundan çıxarılması ilə bağlı referendum olsun”, - o bildirib.
Razuvayevin sözlərinə görə, Ermənistanın baş naziri öz ölkəsi üçün düzgün yol seçməyə çalışır:
“Səhv olan yeganə şey Rusiya ilə münasibətlərdəki siyasətdir. Bu gün Ermənistan hakimiyyəti Qərbin ölkənin əsas tərəfdaşı olmasını istəyir. Bunun düzgün seçim olma ehtimalı azdır. İrəvanın Rusiya ilə konstruktiv münasibətlərinin olması vacibdir. Bildiyiniz kimi, Ermənistan Ukrayna ilə bağlı sülh sammitinin yekun sənədini imzalamayıb. Bunu nəzərə almaq lazımdır. İrəvan Rusiya ilə böyük problemlərin olmasını istəmir, baxmayaraq ki, nə qədər qalmaqallı səslənsə də, buna can atır. İndiki baş nazir qərbyönlü siyasətçidir. Ermənistanla Qərbin hər gün daha çox və daha sıx qarşılıqlı əlaqədə olduğunu görürük. Bu, həm də Ermənistanla Fransa arasında silah tədarükü ilə bağlı yeni müqavilədir. Eləcə də ABŞ nümayəndələrinin səfərləri buna nümunədir. Rusiya və Azərbaycan üçün bu problem olmaya bilməz. Ona görə də Paşinyan siyasi baxımdan belə “in-yandır”.
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür
- AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi
- Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər
- Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?
- Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi
- Putinlə Ərdoğanın danışığı hamını şoka saldı
- Bakının bu tələbini yerinə yetirəcəyik - Poqosyan