Yol hərəkəti ilə bağlı olan cərimələrin artırılması təklif edilir. Bu haqda deputat Kamal Cəfərov Milli Məclisdə çıxışı zamanı bildirib.
BUTA.TV həmin çıxışı təqdim edir:
“Müzakirəmizə təqdim edilən qanun layihələrinin iki konseptual məqsədi var. Birincisi yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının hüquqlarının daha yaxşı qorunması, ikincisi isə şəxsi nəqliyyat vasitəsi olmayan, ictimai nəqliyyatdan istifadə edən şəxslərin mobilliyinin və komfortunun artırılmasıdır. Bu məqsədlərə çatmaq üçün 3 istiqamət üzrə qanunvericilik tədbirləri təklif edilir. Birinci istiqamət velosipedlərlə bağlıdır. Bildiyiniz kimi, artıq Bakı şəhərinin bir sıra ərazilərində velosiped yolları çəkilir. Bu yolların hüquqi əsasının təmin edilməsi və yol hərəkəti sisteminə tam inteqrasiya məqsədi ilə velosiped yolunun anlayışı verilir. İkinci təklif skuturlarla əlaqədardır. Kiçik elektron nəqliyyat vasitəsinin anlayışı və vəzifələri müəyyən edilir. Həmin vasitələr sərnişin daşıya bilməz.Daşıdığı yükün həcminə isə məhdudiyyət qoyulur. Sürət rejimi velosiped zolağında 20 kilometr saat, park və həyət ərazilərində isə 10 kilometr saat olması təklif edilir. Sürət həddi və digər tələblərə ilkin nəzarətin təmin edilməsi üçün kiçik elektron nəqliyyat vasitələrinin operator anlayışı müəyyən edilir. Bu operatoru skuturlara elə formada təqdim etmək lazımdır ki, sürücü istəsə də sürət müəyyən olunan ərazilərdə bu həddi keçə bilməsin. SEO Xidməti
Digər istiqamət parklanma sahəsi barədədir. Sui-istifadə hallarının qarşısının alınması məqsədilə fərdi parklanma talonunun verilmə mexanizmi elektronlaşdırılır. Yəni, sürücülər bundan sonra talonu avtomobilin görünən yerinə qoymaq məcburiyyətində qalmayacaqlar. Bu istiqamət üzrə təklif edilən ən mühüm dəyişiklik 15 dəqiqəlik pulsuz parklanma ilə bağlıdır. Bildiyiniz kimi, bəzi hallarda parklanmanın həqiqi müddəti ilə bağlı sürücülər və dövlət qurumu arasında potensial mübahisələr ola bilirdi. Bu cür mübahisələrin qarşısının alınması məqsədilə sürücü parklanma yerinə daxil olduğu zaman sms və ya xüsusi proqram vasitəsilə parklanma müddətini başlatmalı və tərk etdiyi zaman sonlandırmalıdır. Sistem isə pulsuz parklanma müddətini dəqiqliklə müəyyən edərək sürücülərin narahatlığını tam aradan qaldıracaq.
Sonuncu istiqamət isə cərimələrlə bağlıdır. Bu istiqamətin əsas mahiyyəti belədir ki, hər kəs avtomobili öz yerində saxlamalıdır. Parklanma cəriməsi 10 manatdan 20 manata artırılır. Təhlillər göstərir ki, sürücünün ödəyəcəyi parklanma tarifi ilə cərimə arasındakı fərq xüsusi risk yaratmırsa, sürücülər risk etməyə meylli olur. Əgər 20 manat cərimə sürücünü çəkindirirsə, o zaman qanun da öz məqsədinə çatacaq, həm də vətəndaşlar cərimədən çəkindiyi üçün daha əvvəlki riskə getdiyi 10 manatı da itirməyəcəklər. Digər tərəfdən, əlillər üçün müəyyən olunan yerdə parklanmaya görə olan 10 manat cərimənin 60 manata qaldırılması təklif edilir. Nəzərə alsaq ki, əlillər üçün adətən bir parklanma yeri olur. Bu baxımdan həmin cərimənin də artırılması ədalətli hesab edilə bilər. Taksilər üçün nəzərdə tutulan yerlərdə taksidən başqa parklanmaya görə təklif edilən cərimə 40 manatdır. Bugünə qədər taksilərin yerində parklanmaya görə cərimə yox idi. Avtobusda ən azı 50 nəfər sərnişin olur. Onların yoluna bir avtomobil daxil olanda həmin 50 nəfərin hüququ pozulurdu və cəriməsi 40 manat idi. Bu cərimənin məbləğinin də 100 manat olması təklif edilir. Təklif edilən cərimələrin yeganə hədəfi qanunun məqsədinə nail olmaq, yol hərəkətində intizamı təmin etmək və hər kəsin hüququnu daha yaxşı qorumaqdır”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir